çərşənbə, 30 aprel 2025

DİGƏR NÖVLƏR

Daha bir idmançımız olimpiadaya lisenziya qazandı

18.02.2020 10:00 Oxundu 361


İrina Zaretska (68 kq) Dubayda Karate1 Premyer Liqa turnirinin bürünc medalını qazanıb.

Cempion.az xəbər verir ki, o, bununla həm də Tokio olimpiadasına lisenziyanı vaxtından əvvəl təmin edib.
 
Karateçimiz Tokio Yay Olimpiya Oyunlarında +61 kq çəki dərəcəsində yarışacaq. Xatırladaq ki, o Dünya Karate Federasiyasının (WKF) reytinq cədvəlinin və olimpiya reytinq cədvəlinin lideridi.
 
Bu nəticəyə baxmayaraq, Zaretska hər iki reytinq cədvəlində mövqeyini qorumaq üçün qarşıdakı yarışlara da qatılacaq. Rafael Ağayevə isə olimpiya lisenziyası almaq üçün 3 qələbənin reytinq xalları bəs edir.
 
Azərbaycan karateçilərini 28 fevral - 1 mart tarixlərində Avstriyanın Zalsburq şəhərində mövsümün üçüncü Karate1 Premyer Liqa turniri gözləyir.