çərşənbə, 30 aprel 2025

DÜNYA FUTBOLU

Klopp İtaliyada kimin çempion olmasını istəyir?

18.02.2020 16:28 Oxundu 355


"Liverpul"un baş məşqçisi Yurgen Klopp İtaliya A Seriyasında bu mövsüm çempionluğunu istədiyi komandanı açıqlayıb.

Cempion.az xəbər verir ki, alman mütəxəssis "Latsio"nu favorit hesab edib:

"Latsio"nu xüsusi qeyd edərdim. Bu komandada sabiq futbolçumuz Lukas Leyva çıxış edir. Çiro İmmobile "Borussiya"da rəhbərliyim altında oynayıb. Buna görə də "Latsio"nu dəstəkləyirəm. Maurisio Sarri üçün üzülürəm, amma İtaliyada mövsümün komandası "Latsio"dur".

A Seriyada 24 turdan sonra "Yuventus" 57 xalla liderdir. 56 xalı olan "Latsio" 2-ci pillədə qərarlaşıb.