çərşənbə, 30 aprel 2025

DÜNYA FUTBOLU

PSJ Mbappeni kimə satır?

18.02.2020 17:21 Oxundu 434


PSJ Klilian Mbappeyə 50 milyon avro maaş təklif edəcək.

Cempion.az xəbər verir ki, Paris təmsilçisi futbolçunun “Real”a keçməməsi üçün bu qərarı verib.

Məlumata görə, yayda Madrid klubu Mbappe ilə müqavilə imzalayacaq. Ancaq Paris təmsilçisi oyunçusunu buraxmaq niyyətində deyil.

Onlar fransalı hücumçuya komandadan ayrılmaması üçün illk 50 milyon avro maaş təklif edəcək. Klub rəhbərliyi gənc forvardı müqavilə bitənə kimi PSJ-də saxlamaq istəyir.

Mbappe hazırda illik 15 milyon avro maaş alır. Onun klubu ilə 2023-cü ilə qədər müqaviləsi var.