18.02.2020 23:15
407

Football World Rankings portalı dünyanın ən yaxşı klublarının yeni reytinqini açıqlayıb.
Cempion.az xəbər verir ki, 1000 klubun sırasında Azərbaycanın yeddiqat çempionu “Qarabağ” 5 pillə irəliləyib.
Ağdam təmsilçisi 1054 xalla 615-ci yerdən 610-cu pilləyə qalxıb. “Neftçi” 818 xalla 3 pillə yüksəlməklə, 684-cü yeri 681-ə dəyişib.
Qeyd edək ki, reytinqdə ilk “üçlük” olduğu kimi qalıb: 1.”Liverpul” (İngiltərə, 15962 xal), 2.”Barselona” (İspaniya, 14827 xal), “River Pleyt” (Argentina, 12609 xal)