19.02.2020 12:00
445


Çempionluq ümidini itirməyən "Neftçi" həm də növbəti mövsümün planlarınıl cızır.
Cempion.az xəbər verir ki, "ağ qaralar" Krivatsyukdan sonra daha bir futbolçuya yeni müqavilə təklif edib.
Söhbət komandanın kapitanı Emin Mahmudovdan gedir. "Neftçi" rəhbərliyi Mahmudovla daha 1 illik müqavilə bağlamaq istəyir. Emin isə ölkədən kənara çıxmaq haqda da düşündüyündən hələlik bu təklifə müsbət cavab verməyib.