çərşənbə, 30 aprel 2025

DÜNYA FUTBOLU

"Leyptsiq" Verneri satmağı düşünmür

19.02.2020 13:30 Oxundu 407


"Leyptsiq”in idman direkktoru Oliver Mintzlaf Timo Vernerin gələcək karyerası isə bağlı danışıb.

Cempion.az xəbər verir ki, klub rəsmisi almaniyalı futbolçunun komandada xoşbəxt olduğunu bildirib.

Mintzlaff onun haqda hər zaman belə söz-söhbətlərin çıxdığını, ancaq futbolçularını satmağı düşünmədiklərini qeyd edib.

23 yaşlı hücumçunun bir müddətdir “Liverpul”a keçəcəyi söylənir. Verne özü də daha öncə verdiyi açıqlamada Kloppla çalışmaq istədiyini gizlətməmişdi.

Almaniyalı forvard bu mövsüm Bundesliqada 22 oyunda 20 qol vurub.