çərşənbə, 30 aprel 2025

DÜNYA FUTBOLU

"Yuventus" Kyellini ilə razılığa gəldi

19.02.2020 14:00 Oxundu 398


"Yuventus" futbolçusu Corcio Kyellini ilə yolları ayırmaq niyətində deyil.

Cempion.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Turin klubu 35 yaşlı müdafiəçiyə 1 illik müqavilə təklif edib. Tərəflər arasında razılıq əldə olunduğu bildirilir.

Qeyd edək ki, C.Kyellini 2005-ci ildən "qoca sinyora"nın formasını geyinir. O, bu müddət ərzində 508 matça çıxaraq 36 qol vurub və 20 qolun ötürməsini verib.