19.02.2020 14:20
399

“Tottenhem”in baş məşqçisi Joze Mourinyo komandasının azarkeşlərinə məyusedici xəbər verib.
Cempion.az Britaniya mətbuatına istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis lider futbolçularından olan Son Hın Minin zədəsinin ciddi olduğunu söyləyib:
“Hesab edirəm ki, o, mövsümün digər hissəsini buraxmalı olacaq. Mən belə düşünürəm”.
Xatırladaq ki, “Tottenhem”in mətbuat xidməti Sonun bir neçə həftə oynamayacağını yazmışdı.