çərşənbə, 30 aprel 2025

DÜNYA FUTBOLU

Şikayət etdi, həbs olundu

19.02.2020 16:00 Oxundu 430


Almaniyanın 3-cü divizionunda keçirilən “Proysen Mnyuster” – “Kikkers” qarşılaşmasında insident yaşanıb.

Cempion.az xəbər verir ki, meydan sahiblərinin fanatlarından biri rəqibin futbolçusu Leroy Kvadvoya qarşı irqçi şüar səsləndirib.

Ancaq onun bu hərəkəti digər azarkeşlər tərəfindən sərt etirazla qarşılanıb. Onlar “nasist, rədd ol burdan” deyərək, onu stadiondan qovublar.

Fanatlar bununla da sakitləşməyiblər. Onlar polisə şikayət ediblər. Polis həmin fanatı həbs edib. İndi onu, hərəkətinə görə cərimə və 5 ilə qədər həbs cəzası gözləyir.