çərşənbə, 30 aprel 2025

DÜNYA FUTBOLU

Premyer Liqada 50-dən çox oyun keçirən asiyalı

19.02.2020 16:30 Oxundu 469


"Tottenhem” İngiltərə Premyer Liqasında “Aston Villa”ya (3:2) qalib gəldiyi oyunda yeni rekord qeydə alınıb.

Cempion.az xəbər verir ki, sözügedən qarşılaşmada 2 qol vuran London təmsilçisinin futbolçusu Son Hın Min yeni uğura imza atıb.

Belə ki, 27 yaşlı hücumçu Premyer Liqa tarixində 50-dən çox qol vuran ilk asiyalı futbolçu olub. Son, buna 151 görüşdə nail olub.

2015-ci ildən “Tottenhem”də forma geyinən Son, bu mövsüm Premyer Liqada 21 oyunda 9 qol vurub.