19.02.2020 12:15
405


İspaniya mətbuatı Kriştiano Ronaldonun sevgilisi Corcina Rodrigesə aylıq ayırdığı vəsaitin miqdarından yazıb.
Cempion.az "Ua-football” istinadən xəbər verir ki, "Yuventus”un portuqaliyalı hücumçusu C.Rodrigesə ayda 50-100 min avro arası pul ayırır.
İspaniyalı rəqqas və model özünün "Instagram” səhifəsində hər reklam postuna görə səkkiz min avro gəlir əldə edir.
Qeyd edək ki, C.Rodriges vaxtının çox hissəsini Ronaldonun Turində yaşadığı evdə keçirir və uşaqlara baxır.