çərşənbə, 30 aprel 2025

BİZİM FUTBOL

“Vulverhempton”un əsas komandasında debüt edə bilər

19.02.2020 12:45 Oxundu 410

Millimizin hücumçusu Renat Dadaşov sabah “Vulverhempton”un əsas komandasında ilk oyununa çıxa bilər.
Cempion.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 20 yaşlı hücumçunun Avropa Liqasının 1/16 final mərhələsində "Espanyol"la qarşılaşmada meydanda ola bilər.
Komandanın baş məşqçisi Nunu Eşpiritu Santu Premyer Liqanın oyunlarına görə, əsas heyətin üzvlərinə istirahət verəcək. Bu səbəbdən də Renat Dadaşovun oyunun gedişində meydana buraxılacağı gözlənilir.

Qeyd edək ki, “Vulverhempton” U-23 komandasında çıxış edən Renat  ötən ay Portuqaliyanın “Pasuş de Ferreyra” klubundan icarədən qayıdıb. O, “Vulverhempton”da 6 oyuna 4 qol vurub. Gənc hücumçu "Liverpul"un da qapısına yol tapıb.