çərşənbə, 30 aprel 2025

DÜNYA FUTBOLU

Sterlinq yayda  "Mançester Siti"dən ayrıla bilər

19.02.2020 14:53 Oxundu 411


UEFA-dan 2 illik cəza alan "Mançester Siti" yayda aparıcı futbolçularını sata bilər.
Cempion.az "The Sun" nəşirinə istinadən xəbər verir ki, Madrid "Real"ı "şəhərlilər"in yarımmüdafiəçisi Rahim Sterlinqi transfer etmək istəyir. Madridlilərin bu transfer üçün 220 milyon avro təzminat ödəməyə hazır olduğu qeyd edilib.

Qeyd edək ki, Sterlinqin "Maçester Siti" ilə müqaviləsi 2023-cü ilin yayına qədərdir. 25 yaşlı futbolçu bu mövsüm 33 oyunda 20 qol vurub, 2 assist edib.