19.02.2020 15:45
423


Çempionlar Liqasında 1/8 finalın ilk oyunları çərçivəsində keçirilən “Atletiko” – “Liverpul” və “Borussiya” Dortmund – PSJ oyunlarının ən yaxşı futbolçuları bəlli olub.
Cempion.az xəbər verir ki, “Atletiko”nun “Liverpul”u məğlub etdiyi qarşılaşmanın ən yaxşısı Renan Lodi olub. 21 yaşlı braziliyalı müdafiəçi “Liverpul”dan Məhəmməd Salaha qarşı 90 dəqiqə uğurla müdafiə olunub.
Dortmund “Borussiya”sının PSJ-ni məğlub etdiyi oyunun ən yaxşı hücumçusu Erlinq Haland olub. Norveçli futbolçu 8 dəqiqə ərzində 2 qol vuraraq, komandasına qələbə qazandırıb.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin matçlarının ən yaxşıları üçün mükafat təsis edib.