19.02.2020 16:45
438


UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində səfərdə “Atletiko”ya məğlub olan “Liverpul” ciddi itki ilə üzləşib.
Cempion.az xəbər verir ki, “qırmızılar”ın ingiltərəli yarımmüdafiəçisi Cordan Henderson sıradan çıxıb. Oyunun 80-ci dəqiqəsində meydanı tərk edən futbolçunu Ceyms Milner əvəzləyib.
Klubun mətbuat xidmətindən verilən məlumata görə, komandanın baş məşqçisi Yurgen Klopp yarımmüdafiəçinin əzələsində problem olduğunu bildirib:
“Təəssüf ki, Henderson əzələsindən zədələndi. Çox narahat görünmürdü, amma meydandan çıxmağa məcbur oldu. Zədəsinin nə dərəcədə ciddi olduğunu bilmək üçün gözləmək məcburiyyətindəyik”.