19.02.2020 16:15
416


UEFA Çempionlar Liqasının 1/8 final qarşılaşmasında Dortmund “Borussiya”sına məğlub olan PSJ-nin futbolçusu Neymar tənqidi fikirlər səsləndirib.
Cempion.az xəbər verir ki, Braziliyalı ulduz futbolçu zədəsinin tam sağaldığını və oynamağa hazır olduğunu, amma buna imkan verimədiyini bildirib: “Ölkə çempionatının son 4 oyununda meydana çıxmamaq ağır idi. Amma bu, mənim seçimim deyildi, tibbi personal belə qərar çıxartdı. Biz çox müzakirə apardıq, təəssüf ki, nəticəsi olmadı, doğrusu, vəziyyət heç xoşuma gəlmədi. Mən ÇL matçına qədər də oynamağa tam hazır idim və özümü çox yaxşı hiss edirdim”.