19.02.2020 17:45
425


Almaniya Bundesliqasında iştirak edən klubların 2018/19 mövsümündə əldə etdikləri gəlirlər açıqlanıb.
Cempion.az Almaniya mətbuatına istinadən xəbər verir ki, Bundesliqa təmsilçilərinin 2018/19 mövsümündəki gəlirlərində 2017/18 mövsümünə nisbətən 5,4 faiz artımın olduğu bildirilib.
Bundesliqa klubları ötən mövsüm 4,2 milyard avro gəlir əldə edib. Bu çempionat tarixinin rekord göstəricisidir.
Qeyd edək ki, 2-ci Bundesliqada isə ötən mövsümkü gəlirlər 782 milyon avro olub.