çərşənbə, 30 aprel 2025

DÜNYA FUTBOLU

"Çelsi"də ciddi itki

20.02.2020 13:00 Oxundu 392


"Çelsi"nin futbolçusu Nqolo Kante 2-3 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Cempion.az Britaniya mətbuatına istinadən xəbər verir ki, buna səbəb fransalı yarımmüdafiəçinin İngiltərə Premyer Liqasının 26-cı turunda "Mançester Yunayted"ə qarşı matçda (0:2) zədələnməsidir.

Bu isə o deməkdir ki, Kante ölkə çempionatında "Tottenhem", "Bornmut", Çempionlar Liqasında "Bavariya" və İngiltərə kubokunda "Liverpul"la oyunları buraxacaq.

Qeyd edək ki, Kante "Mançester Yunayted"lə görüşün 11-ci dəqiqədə məcburi əvəzlənmişdi.