çərşənbə, 30 aprel 2025

DİGƏR NÖVLƏR

Avropalı ulduzlar bakılı sahibkarlara nə qədər pul qazandıracaq?

20.02.2020 15:36 Oxundu 440


“Avro-2020”nin qarşılaşmalarını izləməyə gələcək azarkeşlər ötən il Avropa Liqasının finalı ilə müqayisədə Bakıda üç gün yox, azı on gün qalacaqlar. Bu, sahibkarlar üçün əlavə fürsətdir.

Cempion.az xəbər verir ki, bu sözləri “Avro-2020: KOB-lar üçün perspektivlər” mövzusunda keçirilən tədbirdə “Avro-2020”nin Bakı şəhəri üzrə layihə koordinatoru Kamran Vəliyev deyib.

K.Vəliyev qeyd edib ki, sahibkarlar üçün müxtəlif tenderlər elan olunacaq. Tenderlər AFFA-nın və UEFA-nın saytları vasitəsilə ictimaiyyətə çatdırılacaq. Sahibkarlar həmin məlumatlarla yaxın vaxtlarda tanış ola biləcəklər.

Avro-2020”nin təqviminə əsasən, iyunun 13-də Bakı Olimpiya Stadionunda A qrupunun Uels-İsveçrə oyunu keçiriləcək. İyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə-Türkiyə matçları ölkəmizdə təşkil olunacaq. Bundan başqa, iyulun 4-də Bakıda dörddəbir final mərhələsinin bir oyunu baş tutacaq.