çərşənbə, 30 aprel 2025

DÜNYA FUTBOLU

Fabio Kapellodan qadın futbolu üçün tövsiyə

20.02.2020 17:00 Oxundu 404


İtaliyalı baş məşqçi Fabio Kapello qadın futbolu üçün yeni fikirlər səsləndirib.

Cempion.az xəbər verir ki, 73 yaşlı təcrübəli mütəxəssis zəriflərin futbolunda meydanın daha kiçik ölçüdə olmasının tərəfdarıdır:

"Meydan və qapılar zəriflər üçün böyükdür. Basketbol və voleybolda qadın və kişilərin yarışlarında fərqlər var. Futbolda da bu qaydalar olmalıdır".