20.02.2020 12:35
452

"Portu"nun ispaniyalı qapıçısı İker Kasilyas futbolçu karyerasını başa vurub.
Cempion.az xəbər verir ki, bu barədə Portuqaliya klubunun prezidenti Nunu Pintu məlumat verib. O bildirib ki, 38 yaşlı qapıçı özü yaxın günlərdə qərarını açıqlayacaq.
Təcrübəli əlcək sahibi bir müddət öncə İspaniya Futbol Federasiyasında prezident postunu tutmaq üçün namizədliyini irəli sürdüyünü bəyan etmişdi.
Qeyd edək ki, Kasilyas futbola 1990-cı ildə Madrid "Real"ında başlayıb və 1998-ci ildən peşəkar karyera qurub. O, 2015-ci ildə "Portu"ya keçib. Təcrübəli qapıçı 2000-2016-cı illərdə İspaniya millisində 167 oyun keçirib.