çərşənbə, 30 aprel 2025

DÜNYA FUTBOLU

Rüfətin komandası qələbə qazanıb

20.02.2020 13:53 Oxundu 401

ABŞ-ın “Feniks Rizinq” klubu “Visit Tucson Sun Cup” turnirində növbəti oyununu keçirib.
Cempion.az xəbər verir ki, Azərbaycan yığmasının üzvü Rüfət Dadaşovun çıxış etdiyi komanda “Sportinq Kanzas Siti” ilə qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib.
Rüfət 73-cü dəqiqədə hesab 1:1 olarkən meydana çıxıb.
 
Qeyd edək ki, “Feniks Rizinq” hazırda 3 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.