çərşənbə, 30 aprel 2025

DÜNYA FUTBOLU

“Mançester Yunayted”də ciddi itki

20.02.2020 13:25 Oxundu 458


“Mançester Yunayted”in futbolçusu Markus Reşford uzun müddət yaşıl meydanlardan uzaq qalacaq.
Cempion.az klubun rəsmi sayıtına istinadən xəbər verir ki, bu barədə “qırmızı şeytanlar”ın baş məşqçisi Ole-Qunnar Sulşer açıqlamasında deyib:

“Ümid edirəm ki, Reşford bu mövsüm oynaya bilər. Bu, güman edirəm ki, son turlarda ola bilər. Sağalması üçün bir neçə ay vaxt lazımdır. Zədəsi gözlədiyimizdən daha ciddidir. Oynaya bilməzsə, AÇ-2020-də də iştirak etməyəcək”.