çərşənbə, 30 aprel 2025

DÜNYA FUTBOLU

İngiltərə klubu Jonatan Ta ilə maraqlanır

20.02.2020 16:00 Oxundu 445


İngiltərənin “Arsenal” klubu “Bayer”in müdafiəçisi Jonatan Ta ilə maraqlanır.
Cempion.az Almaniya mətbuatına istinadən xəbər verir ki, “topçular”  bundesliqa təmsilçisi leverkuzenə təklif göndərməyə hazırlaşır. Jonatan Tanın “Bayer”lə müqavilə müddəti 2023-cü ildə başa çatır. Futbolçunun təzminat qiyməti  isə 40 milyon avrodur.

 Xatırladaq ki, Ta 2015-ci ildə 7,5 milyon avroya “Hamburq”dan “Bayer”ə keçib.

Qeyd edək ki, 24 yaşlı müdafiəçi bu mövsüm bundesliqada keçirdiyi 18 oyunda cəmi 1 məhsuldar ötürmə edib.