çərşənbə, 30 aprel 2025

DÜNYA FUTBOLU

Lempard istefaya göndərilə bilər

20.02.2020 20:20 Oxundu 409

“Çelsi” bu mövsüm UEFA Çempionlar Liqasına vəsiqə qazana bilməsə, baş məşqçi Frenk Lempard istefaya göndərilə bilər.
Cempion.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, klub rəhbərliyi baş məşqçinin işindən narazıdır. Amma məsələ bununla yekunlaşmır. "Çelsi" rəsmiləri Lempardın qapıçı Kepa Arrisabalaqa ilə münasibətlərinin pis olmasından məmnun deyillər və onlar futbolçunun təxminən 1 aydır meydana çıxmamasını doğru saymırlar.
Qeyd etmək yerinə düşər ki, baş məşqçi Kepanı sonuncu dəfə yanvarın 21-də heyətə cəlb edib.