20.02.2020 21:20
401

Azərbaycan 1-ci divizionda 15-ci tura start verilib.
Cempion.az xəbər verir ki, lider "Səbail-2" səfərdə ən yaxın izləyicisi "Sabah-2"la qarşılaşıb. Matç qonaq komandanın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
"Sabah-2" - "Səbail-2" - 0:1
Qol: Bahadur Həziyev, 10
Bu qələbə ilə xalını 34-ə yüksəldən "Səbail-2" liderliyi möhkəmlədib. "Sabah-2" 28 xalla 2-ci (15 oyun), "Turan Tovuz" eyni xalla (14 oyundan) 3-cüdür.