20.02.2020 00:05
313


“Barselona”nın arqentinalı hücumçusu Lionel Messi komandadan ayrılacağı haqda yayılan xəbərlərə münasibət bildirib.
Cempion.az xəbər verir ki, ulduz futbolçu “Mundo Deportivo”ya açıqlamasında belə bir fikirdə olmadığını deyib:
“Mənim fikrim, kulub və azarkeşlər istədiyi müddətdə “Barselona”da qalmaqdır. Mən tərəfdən problem yoxdur. “Barselona” ilə daha bir dəfə Çempionlar Liqasını qazanmaq istəyirəm.
Heç vaxt “Barselona”dan ayrılmaq haqda düşünməmişəm. İndi də fikirləşmirəm. İllər ötür və sən qarşıda nələr olacağını bilmirsən. Ancaq onu deyim ki, burada özümü əvvəlki illərdən də yaxşı hiss edirəm”.
Qeyd edək ki, Messinin klub rəhbərliyi ilə arasında problem olduğu və bu səbəbdən komandadan ayrılacağı iddia olunur.