bazar, 27 aprel 2025

DÜNYA FUTBOLU

İliçiç Messi və Ronaldoya qoşuldu

12.03.2020 13:47 Oxundu 498


"Atalanta”nın hücumçusu Yosip İliçiç Çempionlar Liqasında rekorda şərik olub.
Cempion.az turnirin rəsmi sayıtına istinadən xəbər verir ki, 32 yaşlı hücumçu ÇL-in 1/8 finalında "Valensiya” ilə səfər qarşılaşmasında pokerə imza atıb. Sloveniyalı futbolçu qitənin ən nüfuzlu turnirində pley-off mərhələsinin iki oyununda 5 və daha çox qol vuran 3-cü oyunçu olub.
İliçiç "Barselona”nın kapitanı Lionel Messi və "Yuventus”un hücumçusu Kriştiano Ronaldoya məxsus göstəricini təkrarlayıb.

Qeyd edək ki, Messi 2011-2012-ci il mövsümündə "Bayer”ə 6, Ronaldo isə 2016-2017-ci ildə mövsümündə "Real Madrid”in heyətində "Bayern”ə 5 qol vurub