şənbə, 30 noyabr 2024

DÜNYA FUTBOLU

Avstriya, İngiltərə və Niderland qələbə qazandı - YENİLƏNİB

14.06.2021 00:55 Oxundu 955


Avro-2020-də qrup mərhələsinin oyunları keçirilir.

"CEMPİON.AZ" xəbər verir ki, bu günə 3 qarşılaşma nəzərdə tutulub. 
Əvvəlcə D qrupunda İngiltərə və Xorvatiya yığmaları üz-üzə gəlib. Bu oyun İngiltərənin 1:0 hesablı üstünlüyü ilə bitib. Günün ikinci matçı C qrupunda olub. Avstriya və Şimali Makedoniya yığmalarının qarşılaşdığı oyunda Avstriya yığması 3:1 hesablı qələbəyə sevinib. Qrupun digər matçında isə Niderland Ukrayna millisini məğlub etdi.

C qrupu

23:00. Niderland – Ukrayna - 3:2
Qol:
 Veynaldum, 52 (1:0), Veqhorst, 59 (2:0), Yarmolenko, 75 (2:1), Yaremçuk, 79 (2:2), Dumfris, 85 (3:2)
Baş hakim: Feliks Brıx (Almaniya).
Amsterdam. Yohan Kroyff Arena.


D qrupu

17:00. İngiltərə – Xorvatiya - 1:0
Qol: 
Sterlinq, 57
Baş hakim: Daniele Orsato (İtaliya).
London. “Uembli” stadionu.
 

C qrupu

20:00. Avstriya – Şimali Makedoniya - 3:1
Qol:
 Layner, 18 (1:0), Pandev, 28 (1:1), Qreqorits, 78 (2:1), Arnautoviç, 90 (3:1)
Baş hakim: Andreas Ekberq (İsveç).
Buxarest. Milli stadion.