şənbə, 30 noyabr 2024

DÜNYA FUTBOLU

AVRO-2020-də İngiltərə millisindən rekord

13.06.2021 20:44 Oxundu 449

İngiltərə millisinin futbolçusu Cud Bellinqem Avropa çempionatlarının final mərhələsi üçün yeni rekord müəyyənləşdirib.

"CEMPİON.AZ" xəbər verir ki, o, buna Avro-2020-nin final mərhələsinin ilk turunda Xorvatiya ilə matçda meydana çıxmaqla nail olub. Bellinqem 82-ci dəqiqədə Harri Keyni əvəzləyib. 17 yaş 349 günlüyündə olan yarımmüdafiəçi Avropa çempionatında meydana çıxan ən gənc oyunçu kimi tarixə düşüb.
İndiyədək ən yaxşı göstərici niderlandlı Yetro Villiamsa məxsus idi - 18 yaş 71 gün.
Qeyd edək ki, görüş İngiltərənin 1:0 hesablı qələbəsi ilə başa çatıb.