14.06.2021 15:22
465
İspaniya millisinin baş məşqçisi Luis Enrike Avro-2020-nin qrup mərhələsində İsveçlə bu gün keçiriləcək görüşlə bağlı danışıb.
"CEMPİON.AZ" xəbər verir ki, o, UEFA-nın saytına açıqlamasında deyib: “Artıq beynimdə bu matç üçün start heyəti var. Ancaq futbolçularda yarana biləcək hər hansı bir narahatlıq bu planı dəyişə bilər. Axşama doğru hər şey dəqiqləşəcək. Biz ən xoş anı yaşayırıq. Stadiona gedərək o atmosferdə nəfəs alacağıq. Futbolçularımın onlardan nə istədiyimi başa düşdüyünə görə məmnunam".
Qeyd edək ki, bu gün Sevilyada keçiriləcək İspaniya - İsveç oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.