15.06.2021 10:20
512
“Qarabağ” sabiq futbolçusu Dino Ndlovunu transfer etmək istəyir.
"CEMPİON.AZ" xəbər verir ki, bu barədə soccerladuma.co.za saytı məlumat yayıb. Ağdam təmsilçisinin 31 yaşlı hücumçu ilə yaxından maraqlandığı bildirilib.
Hazırda azad agent olan oyunçunu Türkiyənin “Kocaelispor” klubu da heyətinə qatmaq niyyətindədir. 1-ci liqa təmsilçisi futbolçunun menecerləri ilə əlaqə saxlayıb və ona 1 illik müqavilə təklif edib.
Qeyd edək ki, Ndlovu 2016-2018-ci illərdə “Qarabağ”da çıxış edib. O, 2018-ci ilin yanvarında Ağdam təmsilçisindən Çinin “Çjetszyan Qrintaun” klubuna transfer olunub. Cənubi afrikalı hücumçu bir müddət əvvəl Çin klubu ilə yollarını ayırıb və hazırda azad agentdir.