15.06.2021 11:19
543
Fransa millisinin futbolçusu Rafael Varan İspaniya “Real”ı ilə müqaviləni uzatmayacaq.
"CEMPİON.AZ" xəbər verir ki, buna səbəb 28 yaşlı müdafiəçinin vətənə qayıtmaq istəyidir.
Varan yenidən Liqa1-də oynamaq niyyətindədir. O, hazırda PSJ-nin maraq dairəsindədir.
Qeyd edək ki, müqaviləsi 2022-ci ilin yayında başa çatacaq Varanın transfer qiyməti 60 milyon avrodur.