şənbə, 30 noyabr 2024

DÜNYA FUTBOLU

Levandovski: "Çox imkanı əldən verdik"

15.06.2021 13:48 Oxundu 429


"Oyunda əsas məqamlardan biri qırmızı vərəqə ilə azlıqda qalmağımız idi".

"CEMPİON.AZ" xəbər verir ki, bu szöləri Slovakiya ilə oyundan sonra UEFA-nın saytına açıqlamasında Robert Levandovski deyib:
"Oyunda əsas məqamlardan biri qırmızı vərəqə ilə azlıqda qalmağımız idi. Ancaq bundan sonra da ümidimi itirmədim və ikinci qolu vura biləcəyimizi düşündüm. Lakin çox imkanı əldən verdik.
Mənə daha çox ötürmə və fürsətlər verilsəydi, yaxşı olardı. Ancaq digər tərəfdən özüm də vəziyyətə uyğunlaşmalı idim. Bu, Avropa çempionatının final mərhələsidir və çox şans olmayacaq. Bu barədə məlumatım var".