şənbə, 30 noyabr 2024

DİGƏR NÖVLƏR

Fövqəldə Hallar Nazirliyinin əməkdaşı çempion oldu

15.06.2021 14:10 Oxundu 438

Stronqmen üzrə Azərbaycan çempionatı keçirilib.
"CEMPİON.AZ"
Yeniavaz.com-a istinadən xəbər verir ki, ölkənin ən güclülərinin müəyyənləşdiyi yarışda bir sıra idmançı gücünü göstərib.
Fövqəladə Hallar Nazirliyinin Xüsusi Xilasetmə Xidmətinin zabiti Rövşən Xəlilov rekord nəticə ilə yenidən Azərbaycan çempionu olub.
O "loglift", "deadlift" (340 kq ilə rekord) və maşındartma hərəkətində (22 saniyə) 1-ci yeri tutaraq ölkənin ən güclüsü olub. O, öz qələbəsini hərbi salam ilə qeyd edib və bu uğuru şəhidlərimizə, qazilərimizə və bütün hərbçilərimizə həsr edib.