16.06.2021 22:00
1024
Avropa çempionatının A qrupunda keçirilən Türkiyə Uels matçı yekunlaşdı.
"CEMPİON.AZ" xəbər verir ki, oyun Uelsin qələbəsi ilə bitib 0:2. Bu görüşdən sonra xalsız qalan Türkiyə qrup sonuncusudur. İki qolla üç xal qazanan britaniyalılar isə 4 xalla ilk pilləyə yüksəliblər.
***
Connor Roberts 90+4 dəqiqədə ikinci dəfə Türkiyə millisini məyus edir.
***
61-ci dəqiqədə Türkiyə millisinin qapısına penalti təyin edilsə də Beyl şansı əldən verdi. Uğurcan Çakır penaltinin qola çevrilməsinə imkan vermədi.
***
Türkiyə Uels qarşılaşmasının 43-cü dəqiqəsində britaniyalıların heyətində Aaron Ramsey fərqlənir. Türkiyə - Uels 0:1
***
Bu gün AVRO-2020-nin qrup mərhələsində Türkiyə millisi Uelslə qarşılaşacaq.
“CEMPİON.AZ” xəbər verir ki, matç Bakı Olimpiya Stadionunda keçiriləcək. A qrupunda mübarizə aparan “ay-ulduz”lular ilk oyunlarında Romada İtaliyaya məğlub olublar 3:0. Britaniyalılar
isə Bakıda İsveçrə ilə heç-heçə ediblər 1:1. Saat 20:00-da başlayacaq Türkiyə -Uels qarşılaşmasını portuqaliyalı hakim Artur Diaş idarə edəcək.
Qeyd edək ki, 1-ci turdan sonra Türkiyə millisi xal toplaya bilməyib və qrup sonuncusudur. Uels və İsveçrə hərəyə 1 xal toplayıb. İlk turda qələbə qazanan İtaliya qrupa liderlik edir.