"Serbiyada əsasən Azərbaycanda ötən mövsümün ən yaxşı olan iki klubu - "Neftçi" və "Qarabağ" tanınır. Əlbəttə ki, indi "Sumqayıt"la bağlı araşdırma aparmalı, onlara lazımi qiyməti verməliyik".
"CEMPİON.AZ" xəbər verir ki, bu sözləri Serbiya “Çukariçki”sinin baş məşqçisi Duşan Corceviç Konfrans Liqasının 2-ci təsnifat mərhələsində qarşılaşacaqları “Sumqayıt” haqda klubun saytına danışarkən deyib.
O, Avropa turnirlərində asan rəqib olmadığını bildirib: Belə oyunlar xüsusi və çətin olur. Serbiya futbolunun müəyyən vaxtlarda Azərbaycan klubları və hətta milli komandaya qarşı duellərdə nə qədər əziyyət çəkdiyini xatırlayırıq. Çox ehtiyatlıyıq, amma rəqibi də çox yüksək qiymətləndirməməliyik".
Qeyd edək ki, "Çukariçki" "Sumqayıt"la ilk oyununu iyulun 22-də keçirəcək. Cavab görüşü isə iyulun 29-da Sumqayıtda olacaq.
BİZİM FUTBOL
“Çukariçki”nin baş məşqçisi "Sumqayıt"ı dəyərləndirib
17.06.2021 14:48
488