şənbə, 30 noyabr 2024

DÜNYA FUTBOLU

Mühafizəçi Ronaldodan akkreditasiya tələb etdi - VİDEO

17.06.2021 15:49 Oxundu 474


Portuqaliya milli komandasının kapitanı Kristiano Ronaldo “Avro 2020” çərçivəsində Macarıstanla oynayacaqları oyun üçün Budapeştdə yerləşən “Puşkaş” stadionuna daxil olan zaman nəzarətçilər tərəfindən saxlanılaraq sənədlərinə baxılıb.

"CEMPİON.AZ" Yeniavaz.com istinadən xəbər verir ki, stadionun təhlükəsizliyinə cavabdeh olan əməkdaşın ulduz futbolçunu tanımayraq sənədlərinə baxması sosial şəbəkələrdə geniş müzakirə olunub.
Bəzi sosial şəbəkə istifadəçiləri zarafatla yazıblar ki, yəqin stadionun işçisi “Coca-Cola” içkisini çox sevir və buna görə də Ronaldodan “qisas alıb”.
Qeyd edək ki, dünən 36 yaşlı futboçu ölkəsinin Macarıstanla F qrupunda oynayacağı oyundan əvvəl Budapeştdə keçirdiyi mətbuat konfransında “Coca-Cola” butulkalarını özündən uzaqlaşdırıb və adi su şüşəsini əlinə alaraq portuqal dilində “Agua” (“su”) deyə səslənib.
Ronaldonun bu davranışından sonra şirkətin səhmlərinin qiyməti 56,10 dollardan 55,22 dollara düşüb”. “Coca-Cola”nın bazar dəyəri isə 242 milyard dollardan 238 milyard dollar enib.