şənbə, 30 noyabr 2024

DÜNYA FUTBOLU

Britaniya derbisində qalib müəyyənləşmədi - YENİLƏNİB

19.06.2021 01:36 Oxundu 410

Avro-2020-nin qrup mərhələsi davam edir.
"CEMPİON.AZ" xəbər verir ki, bu gün 3 matç keçirilib.
E qrupunda Slovakiya İsveçlə üz-üzə gəlib və 0:1 hesabı ilə uduzub.
Daha iki görüş isə D qrupunda olacaq. Əvvəlcə Xorvatiya Çexiya ilə qarşılaşıb və bərabərə qalıb - 1:1.
İngiltərə millisinin isə növbəti mərhələyə vəsiqəni əvvəlcədən təmin etmə şansı olsa da, komanda Şotlandiya ilə heç-heçə etməklə bundan yararlana bilməyib - 0:0.
Qeyd edək ki, turun ilk iki günündə İtaliya, Belçika və Niderland 1/8 finala vəsiqə qazanıb.

D qrupu

23:00. İngiltərə - Şotlandiya - 0:0
Baş hakim
: Antonio Mateu Lahoz (İspaniya)
London. “Uembli” stadionu

20:00. Xorvatiya - Çexiya - 1:1
Qollar: 
Patrik Şik, 37-pen (0:1), Perişiç, 48 (1:1)
Baş hakim: Karlos del Serro Qrande (İspaniya)
Qlazqo. “Hampden Park” stadionu
 
1 Çexiya 2 1 1 0 3 1   4
2 İngiltərə 2 1 1 0 1 0   4
3 Xorvatiya 2 0 1 1 1 2   1
4 Şotlandiya 2 0 1 1 0 2   0
 
E qrupu

17:00. İsveç - Slovakiya - 1:0
Qol: 
Forsberq, 77-pen
Baş hakim: Daniel Zibert (Almaniya)
“Sankt-Peterburq” stadionu
 
 
1 İsveç 2 1 1 0 1 0   4
2 Slovakiya 2 1 0 1 2 2   3
3 İspaniya 1 0 1 0 0 0   1
4 Polşa 1 0 0 1 1 2   0