şənbə, 30 noyabr 2024

DÜNYA FUTBOLU

Dieqo Perotti “Fənərbaxça”nı tərk edir

19.06.2021 12:22 Oxundu 478


Türkiyənin “Fənərbaxça” klubunun futbolçusu Dieqo Perotti İstanbul təmsilçisini tərk edəcək.

"CEMPİON.AZ" xəbər verir ki, 33 yaşlı argentinalı yarımmüdafiəçi bu yay özünə yeni klub tapmağa qərar verib. 
Perotti oynamaq istədiyi komandanın adını da açıqlayıb: “İtaliya həmişə mənim ürəyimdə olacaq. Oğlum Genuya da anadan olub. Mən də “Cenoa”ya qayıtmaq istəyirəm”.
Qeyd edək ki, Dieqo 2020-ci ilin oktyabrından “Fənərbaxça”da oynayır.