19.06.2021 13:27
440
İspaniyanın “Real” klubu Pau Torresin transfer etmək istəyini təxirə salıb.
"CEMPİON.AZ" xəbər verir ki, Madrid təmsilçisi İspaniya yığmasının və “Vilyarreal”ın müdafiəçisinin xidmətində maraqlıdır.
Lakin futbolçunun qiyməti “Real”ı qane etmir. “Kral klubu” ona görə 50 milyon avro ödəmək gücündə deyil.
“Vilyarreal” da 24 yaşlı müdafiəçisini saxlamaqda israrlıdır. Bu üzdən də “Real” Torres sevdasını növbəti yaya qədər təxirə salıb. Madridlilər həmin vaxta qədər həm öz maliyyə durumlarının sabitləşməsinə, həm də “Vilyarreal” rəhbərliyinin fikrindən daşınmasına ümidlidir.
Qeyd edək ki, Pau digər İspaniya nəhəngi “Barselona”nın da transfer siyahısındadır.