şənbə, 30 noyabr 2024

DÜNYA FUTBOLU

PSJ müdafiəçi üçün "İnter"dən 65 milyon tələb edib

19.06.2021 14:20 Oxundu 445

Fransanın PSJ klubunun futbolçusu Əşrəf Hakimi üçün tələb etdiyi məbləğ bəlli olub.

"CEMPİON.AZ" xəbər verir ki, Liqa1 təmsilçisi müdafiəçi üçün İtaliya “İnter”indən 65 milyon avro istəyib.
Bunun 60 milyonu transfer üçündürsə, digər 5 milyon bonuslara görə nəzərdə tutulub. Hakimi artıq Milan təmsilçisi ilə şəxsi müqaviləsinin detallarını razılaşdırıb. O, 2026-cı ilə qədər müqavilə imzalayacaq. Hakiminin qazancı ildə 8 milyon avro təşkil edəcək. 
Qeyd edək ki, müdafiəçi “Çelsi”nin də maraq dairəsində idi.