21.06.2021 10:17
449
AVRO-2020-də A qrupunda keçirilən İtaliya Uels matçında 1:0 məğlub olan Uels millisinin baş məşqçisi Robert Peyc qarşılaşmanı dəyərləndirib.
“CEMPİON.AZ” xəbər verir ki, Uels yığmasının baş məşqçisi qrup mərhələsini uğurla bitirdiklərinə görə, xoşbəxt olduğunu deyib.
“İtaliya ilə matçın çətin olacağını bilirdik. Meydançada 10 nəfərlə qalmağımız işimizi bir qədər də çətinləşdirdi. Ancaq qrupda ikinci olduğumuz görə, xoşbəxtik. Qrup mərhələsini uğurla keçməklə əhəmiyyətli iş gördük. Futbolçularımla qürur duyuram. Diqqətimizi növbəti matçlara yönəltməliyik”.