21.06.2021 11:45
549
İsveçrə millisinin kapitanı Qranit Caka ötən gün Avro-2020-nin qrup mərhələsinin üçüncü turunda Bakıda Türkiyəyə qalib gəldikləri oyun haqqında danışıb.
"CEMPİON.AZ" xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi deyib:
"Biz üzərimizə düşən vəzifəni yerinə yetirdik. 3 oyuna 4 xal toplamışıq. Digər nəticələri gözləyirik. Bizim işimiz qalib gəlmək idi, onu da etdik. Yaxşı oynayaraq 3 xal qazandıq.
Əlbəttə ki, Türkiyə millisi yüksək səviyyəli oyunçulardan ibarətdir. Böyük klublarda çıxış edirlər. Amma turnirlərdə təcrübə vacibdir. Məncə, Türkiyə millisinin gələcəyi parlaqdır".
Qeyd edək ki, Türkiyə 0 xalla yarışda mübarizəni dayandırıb. İsveçrə millisi isə Uelslə eyni xalı toplasa da, rəqibindən top nisbətində 2 top geridə qaldığı üçün növbəti mərhələyə birbaşa vəsiqəni təmin edə bilməyib. Lakin komandanın ən yaxşı qrup 3-cüsü kimi 1/8 finala çıxmaq şansı var.