şənbə, 30 noyabr 2024

BİZİM FUTBOL

"Mahir "Krasnodar"la oyunda hücumun mərkəzində yer alacaq"

21.06.2021 14:20 Oxundu 492


“Legiya”nın azərbaycanlı futbolçusu Mahir Emreli “Krasnodar”la keçiriləcək yoxlama görüşündə iştirak edəcək.

"CEMPİON.AZ" xəbər verir ki, bunu Varşava klubunun baş məşqçisi Çeslav Mixneviç deyib.
Təcrübəli mütəxəssis “Ferensvaroş”la dünənki yoxlama görüşünü (0:2) buraxan Mahirə bu dəfə şans verəcəyini söyləyib. Çalışdırıcı 24 yaşlı oyunçu üçün düşündüyü mövqeni də açıqlayıb: “Mahir “Krasnodar”la iyunun 23-dəki qarşılaşmada hücumun mərkəzində yer alacaq. Onun bu qarşılaşmada iştirakını planlaşdırıram. Ancaq səhhətinin həmin vaxt necə olacağını bilmirəm. Bizim üçün çox vacib oyunçudur. Komandanın onu yalnız məşqlərdə yox, yoxlama oyunları zamanı da tanımasını istəyirəm. Avrokubok matçına qədər isə çox sınaq görüşümüz qalmayıb”.
Qeyd edək ki, Mahir Emreli Avstriyanın “Bişofşofen” klubu ilə keçirilən ilk yoxlama görüşündə het-trik edib, komandası 5:0 hesablı qələbə qazanıb.