21.06.2021 15:26
475
AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov UEFA-nın baş katibi Teodor Teodoridislə görüşüb.
"CEMPİON.AZ" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, görüşdə AVRO-2020-nin Bakıda keçirilən oyunları ilə bağlı müzakirələr aparılıb. UEFA rəsmisi təşkilatı işlərdən məmnunluğunu ifadə edib.
Qeyd edək ki, Teodor Teodoridis AVRO-2020-də A qrupunun iyunun 20-də Bakı Olimpiya Stadionunda keçirilmiş İsveçrə - Türkiyə qarşılaşmasını izləyib. Görüş İsveçrə yığmasının qələbəsi ilə yekunlaşıb - 3:1.