şənbə, 30 noyabr 2024

DÜNYA FUTBOLU

Şotlandiya millisində yoluxma qeydə alınıb

21.06.2021 15:48 Oxundu 462


Şotlandiya milli komandasının futbolçusu Billi Gilmorun koronavirus testi müsbət nəticə verib.

"CEMPİON.AZ" Şotlandiya Futbol Assosiasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi 10 günlük karantinə alınıb. O, komandasının iyunun 22-də Qlazqoda Xorvatiyaya qarşı keçirəcəyi matçı buraxmalı olacaq. Gilmorda COVID-19 virusunun nə zaman aşkarlandığı açıqlanmır.
Qeyd edək ki, iki turdan sonra Şotlandiya yığması 1 xalla 4-cü yerdə gedir.