22.06.2021 14:17
533
Ötən mövsüm heyətini yüksək maaşlı futbolçuların hesabına genişləndirən “Fənərbaxça”nın büdcəsi azalıb.
“CEMPİON.AZ” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu səbəbdən İstanbul təmsilçisi bir sıra futbolçularala yollarını ayıracaq. Qustavo, Sosa,
Tisserand, Zanka, Dirar və Perotti göndəriləcək oyunçular arasındadır. Yeni mövsüm üçün iddialı kallektiv qurmaq istəyən “Fənərbaxça” ilk olaraq büdcə
problemini həll etmək istəyir.
Qeyd edək ki, “Fənərbaxça” keçən mövsüm heyətinə 22 futbolçu cəlb etmişdir.