22.06.2021 14:51
450
AVRO-2020-də uğursuz çıxış edən Türkiyə millisinin qapıçısı Uğurcan Çakıra Avropa klublarından təklif gəlib.
“CEMPİON.AZ” Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Trabzonspor”un 25 yaşlı qapıçısı ilə “Tottenhem” və “Monako” yaxından maraqlanır. “Bordo
mavilər” futbolçunun keçidindən 20 milyon avro qazanmaq istəyir.
Qeyd edək ki, Uğurcan Çakır Avropa Çempionatında Türkiyə yığmasının heyətindəki, çıxışı ilə yadda qalan futbolçulardan biridir.