şənbə, 30 noyabr 2024

DÜNYA FUTBOLU

Avropa Çempionatının finalı Londonda keçiriləcək

22.06.2021 15:53 Oxundu 441

UEFA İtaliyanın Baş Naziri Mario Draqinin Avro-2020-nin final matçının Londonda keçirilməsinə qarşı çıxmasına mənfi cavab verib.

"CEMPİON.AZ" goal.com-a istinadən xəbər verir ki, qurum həlledici matçın yerini dəyişmək fikrində olmadığını və qarşılaşmanın Londonda təşkil olunacağını açıqlayıb.
Draqi isə İngiltərədə pandemiyanın geniş yayılması səbəbindən final matçının bu ölkədə təşkil edilməsinin düzgün olmadığını demişdi.
Qeyd edək ki, Avro-2020-nin final oyunu iyulun 11-də "Uembli" stadionunda keçiriləcək.